Qurbanovla Bordin gerilədilər

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Newsport.az xəbər verir ki, siyahıda yer alan millimizin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 881 xalla 514-cü pillədə yer alıb. Qurbanov ötən həftə ilə müqayisədə 3 pillə geriləyib.

"Neftçi"nin baş məşqçisi Roberto Bordin isə 882 xalla 513-cü pillədə qərarlaşıb. İtaliyalı mütəxəssis ötən həftə ilə müqayisədə 3 pillə geriləyib.

Qeyd edək ki, cədvələ “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. 2-ci pillədə  "Atletiko" "sükanı arxası"nda olan Dieqo Simeone qərarlaşıb. "Qremio"nun çalışdırıcısı Renato Qauço 3-cüdür.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right