9-cu turun azarkeş göstəricisi

Azərbaycan Premyer Liqasının 9-cu turunda qeydə alınan azarkeş sayı məlum olub.

Newsport.az xəbər verir ki, turun ilk oyunu "Əlincə Arena"da debütant "Sabah"la "Zirə" arasında keçirilib. Meydan sahiblərinin 2:1 hesablı əzmkar qələbəsini stadionda 1000 nəfər izləyib.

"Dalğa Arena"dakı "Sumqayıt" - "Qəbələ" matçında (2:2) 200, "Bayıl Arena"da baş tutan "Səbail" - "Keşlə" qarşılaşmasında (2:1) isə 450 azarkeş qeydə alınıb.

Turun mərkəzi oyunu 8-ci km stadionunda "Neftçi" və "Qarabağ" arasında keçirilib. "Neftçi"nin 3:1 hesabı ilə qalib gəldiyi oyunu 4000 min fanat stadiondan izləyib.

Ümumilikdə, 9-cu turda 5650 azarkeş qeydə alınıb ki, bu da hər oyuna 1412,5 fanat deməkdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right