Newsport.az xəbər verir ki, bu sözləri "Şerif"in U-19 komandasının baş məşqçisi Luka Pavloviç deyib. Mütəxəssis UEFA Gənclər Liqasında Çempionlar yolunun I mərhələsində "Qəbələ" ilə keçirəcəkləri cavab oyunu barədə danışıb, şansları dəyərləndirib: "Əminəm ki, gənclərimiz sərfəli nəticə qazanmaq üçün meydanda bütün gücünü ortaya qoyacaq. Praktiki olaraq, şanslar bərabərdir. İlk oyundakı nəticəyə əsaslanmaq lazım deyil. Evdə yalnız qələbə qazanmaq niyyətindəyik".
Qeyd edək ki, sabah keçiriləcək "Şerif" - "Qəbələ" oyunu Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Komandalar arasında Qəbələdəkı matçda qalib müəyyənləşməmişdi - 1:1.