"Qəbələ" "Sumqayıt" üçün başladı

“Qəbələ” Azərbaycan Premyer Liqasının 9-cu turunun hazırlığına start verib.

Newsport.az xəbər verir ki, 8-ci turun oktyabrın 20-də “Neftçi”yə qarşı Qəbələ şəhər stadionunda keçirilən oyunundan (3:1) sonra bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” Bakıda bir araya gəlib. 

Bu gün paytaxtda toplaşan komanda “Sumqayıt”la görüşün hazırlığına başlayıb. “Qəbələ”nin bugünkü məşq prosesi “Bakı”nın təlim-məşq bazasında keçirilib. Futbolçular öncə fiziki hazırlıq keçib, ardınca meydançada toplu çalışmaları yerinə yetiriblər.

Xatırladaq ki,  “Dalğa Arena”da keçiriləcək “Sumqayıt” – “Qəbələ” matçı oktyabrın 27-i, saat 18:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right