Paytaxt klublarının 14-cü dueli

Bu həftə Azərbaycan Premyer Liqasında 2-ci dövrəyə start veriləcək.

Newsport.az saytının məlumatına görə, milli komandaların oyunlarından sonra baş tutacaq 8-ci turda “Zirə” “Keşlə” ilə üz-üzə gələcək. Oktyabrın 21-də “ASK Arena”da keçiriləcək matç tərəflər arasında 14-cü duel olacaq.

İndiyədək 13 dəfə qarşılaşan komandalar bu görüşlərin böyük hissəsində - 8 dəfə heç-heçə edib. “Zirə” 2 dəfə qalib gəldiyi duellərdə 3 dəfə məğlub olub.

İki komanda arasında matçlarda 25 qol vurulub. “Qartallar” 12, “Keşlə” 13 dəfə fərqlənib. “Zirə” qol sayında geri qalsa da, ardıcıl 9 qarşılaşmadı meydanı top vurmadan tərk etmir.

“Zirə” – “Keşlə” oyunlarının ən yaxşı bombardirləri 2 qol vuran futbolçulardı. “Zirə”nin heyətində Yovan Krneta ilə Milan Duriç fərqlənib.

Paytaxt klubları 7-ci dəfə “Keşlə”nin meydanında üz-üzə gələcək. Səfərdə 1 qələbə qazanıb, 2 heç-heçə edən “Zirə” rəqib meydanından 3 dəfə xalsız ayrılıb. Bu matçlarda meydan sahibləri 5, qonaqlar 4 qol vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right