Qurbanovla Bordin gerilədi

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Newsport.az  xəbər verir ki, siyahıda yer alan millimizin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 1077 xalla 463-cü pillədə yer alıb. Qurbanov ötən həftə ilə müqayisədə 7 pillə geriləyib.

"Neftçi"nin baş məşqçisi Roberto Bordin isə 1015 xalla 481-ci pillədə qərarlaşıb. İtaliyalı mütəxəssis ötən həftə ilə müqayisədə 5 pillə geriləyib.

Qeyd edək ki, cədvələ “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. 2-ci pillədə  "Atletiko" "sükanı arxası"nda olan Dieqo Simeone qərarlaşıb. "Qremio"nun çalışdırıcısı Renato Qauço 3-cüdür.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah