Yığmamızın ikinci sınağı Yenilənir

9 yaşadək qızlardan ibarət yığmamız bu gün Avropa çempionatının ilkin seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Newsport.az-ın məlumatına görə, komandamız ikinci sınağında İsveçrə seçməsi ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə 14:00-da başlayacaq.

Qeyd edək ki, komandamız qrupun ilk oyununda Türkiyəyə 0:2 hesabı ilə uduzub. İsveçrə isə Kipri darmadağın edib – 9:0. Yığmamız hazırda 3-cü pillədədir.

Xatırladaq ki, seçmə mərhələnin oyunları Türkiyədə keçirilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right