"Debütant üçün 10 xal normaldır" Elşad Əhmədov

“Neftçi” layiqli qələbə qazandı. İlk yarıya yaxşı başlamadıq. Müdafiədə boşluqlar verirdik, hücuma keçə bilmirdik, erkən qol buraxdıq".

 

Newsport.az xəbər verir ki, bu sözləri Topaz Premyer Liqasının VII turunda səfərdə "Neftçi"yə 0-2 hesabı ilə uduzan "Sabah"ın baş məşqçisi Elşad Əhmədov deyib. Mütəxəssis məğlubiyyəti şərh edib: "Fasilədən sonra özümüzə gəldik. Zənnimcə, ikinci hissədə bir qədər üstün oynadıq. Hücum xəttində problemlərimiz var. Elşən Abdullayev isə zədəlidir və 1 həftə sonra hazırlıqlara başlayacaq".

 

Əhmədov komandanın ilk dövrədəki çıxışı barədə danışıb: "İlk dövrədəki çıxışımıza gəlincə, debütant üçün 10 xal normaldır. Amma nəticə kimi razıyam, oyun olaraq, xeyr”.

 
 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right