Azərbaycan çempionatında 12000-ci qol vuruldu

“Neftçi”nin futbolçusu Dario Federiko Azərbaycan çempionatları tarixinə düşüb.
 
Newsport.az xəbər verir ki, braziliyalı legioner yarışın 26 illik tarixində 12000-ci qolun müəllifi olub. O, yubiley qolunu Azərbaycan Premyer Liqasının 6-cı turunun “Səbail”lə ev matçının (4:0) 6-cı dəqiqəsində vurub.
 
8-ci km stadionunda keçriilən görüşdə dubl müəllifi olan Dario hesabı açdığı topla 12000-ci qola imza atıb. Bu görüşədək Azərbaycan çempionatları tarixində 11999 qol vurulmuşdu. Nəticəsi ləğv olunan matçlar, həmçinin, texniki nəticələrin hesaba alınmadığı statistikaya əsasən, 1992-ci ildən keçirilən yarışdakı 4703-cü matçda qol sayı 12003-ə çatıb.
 
Darionun matçdakı ilk qolu həm də 2018/19 mövsümünün 50-ci topu olub. Əvvəlki 5 turun 19 oyununda (1 matçın nəticəsi ləğv olunub) 49 qol qeydə alınmışdı. Əvvəlki mövsümlərdə 11950 qol vurulduğu üçün 50-ci top, həm də 12000-ci olub.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right