"Zirə"nin legioneri: "Özümüzü aldatdığımızı düşünmürəm"

"Çətin qarşılaşma oldu. Oyuna çıxmamışdan öncə hiss edirdik ki, çempionatda ilk qələbəmizi qazanacağıq. Lakin əfsuslar olsun ki, yenə də bizdə alınmadı. Azacıq yorğunluq var idi. Ümid edirəm ki, növbəti oyunda qələbə qazanacağıq".

Newsport.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin futbolçusu Dilan Doventru Topaz Premyer Liqasının VI turunda "Sumqayıt"a məğlub olduqları səfər matçından sonra deyib.  

O, bundan əvvəlki iki görüşdə yaxşı çıxış etdiklərini, lakin "Sumqayıt"la görüşdə çox pis çıxış oynadıqlarını söyləyib: "Neftçi" və "Qarabağ"la görüşlərdə yaxşı çıxış etmişdik. Ancaq "Sumqayıt"la oyunda işimizin öhdəsindən gələ bilmədik. Yorğunluq öz sözünü deyirdi. Bundan başqa, "Sumqayıt"a qarşı 5 müdafiəçi ilə çıxış etdik. Ola bilər ki, bu sistemdə oynamağa hazır deyilik və bunun kifayət qədər rolu oldu. Oyunun gedişində Vüqar Mustafayevin zədələnməsi işimizi çox çətinləşdirdi".

29 yaşlı futbolçu baş məşqçi Samir Abasovun oyun ərzində ən çox onun adını səsləndirməsinə münasibət bildirib: "Məşqçinin oyun ərzində tez-tez məni səsləməsini normal qəbul edirəm. Mən, Skarlatake və bir neçə futbolçu daha çox təcrübəyə malikik. Əlbəttə, belə çətin durumlarda təcrübəli futbolçular məsuliyyəti öz üzərinə götürməlidir. Samir Abasovu başa düşürəm". 

Fransalı futbolçu şansları gətirmədiyi üçün qarşılaşmalarda məğlub olduqlarını sözlərinə əlavə edib: "Düşünmürəm ki, özümüzü aldadırıq. Sadəcə, şansımız gətirmədiyi üçün məğlub oluruq. Son üç qarşılaşmada pis oynamamışıq. Ona görə də özümüzü aldatdığımızı düşünmürəm". 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right