Riad Rəfiyev: "Onlardan narazı qalmışıq"

"Sumqayıt"ın prezidenti Riad Rəfiyev Azərbaycan Premyer Liqasının VI turunda "Zirə"yə 1-0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə müsahibə verib.

Newsport.az saytının məlumatına görə, Rəfiyev öncə oyunla bağlı danışıb: 

- Komanda yaxşı oynadı, amma məqamlar var ki, onlardan narazı qalmışıq. Xeyli qol epizodlarını qaçırdıq. Bu, tək bu oyuna şamil edilmir, bütün matçlar üçündü.

- Komanda 3-cü pilləyə yüksəldi. Bu, sizi qane edir?

- Hazırda 3-cü yerdə getməyimiz pis deyil. Bildiyiniz kimi, büdcəmiz böyük deyil, məhduddur. Ancaq çempionatın cəmi 6 turu oynanılıb. Heç 1/4 hissəsi keçməyib. Hələ nəsə demək üçün tezdir. Ən önəmli olan mövsümün sonuudur.

- "Sumqayıt" avrokuboklara yollanmağı qarşısına hədəf qoyub. Komandada belə potensial görürsünüz?

- Hər oyuna qələbə niyyəti ilə çıxırıq. Məqsədimiz maksimum xal toplamaqdır. Əsas odur ki, futbolçular zədədən uzaq olsunlar. Çünki heyətimiz o qədər də zəngin deyil. Ona görə də bizim üçün çətindir.

- Atilla Yıldırımın xəstəliyi sizə məlumdur?

- Hansı xəstəliyi?

-  Onlarla qol epizodu yaranır, amma yararlana bilmir.

- Bunu öncə də qeyd etdim ki, oyunumuzdan razıyam, sadəcə hər matçda çoxlu şansları qaçırırıq. Bundan narazıyıq. Tək Atilla deyil, bir neçə futbolçumuza da şamil edilməlidir.

- Atilla Yıldırımla Aleksey İsayevin Azərbaycan millisində çıxış etməsi mümkündür? Onlar milliyə faydalı ola bilərlər?

- Əlbəttə, biz istəyirik ki, "Sumqayıt"dan milliyə nə qədər çox oyunçu getsə, buna sevinərik. Bu, millinin baş məşqçisinin qərarı olacaq.

- Stadionla bağlı son durum necədir? Yeni tribuna salınacaq?

- Yeni tribunanın tikintisiylə bağlı danışıqlar son danışıqlar gedir. Hava şəraiti normal olsa, noyabr ayının ortalarından etibarən oyunlarımızı Sumqayıtda keçirəcəyik.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right