Aftandil Hacıyev: "Qarşımıza xüsusi hədəf qoyulmayıb"

“Maraqlı oyun alındı. Hər iki komanda mübarizə apardı. Bu cür oyunların sayı artdıqca, çempionatımızın səviyyəsi də artır. Komandamdan razı qaldım. Müdafiədə az səhvə yol verdik. Futbolçularımızı təbrik edirəm".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın IV turunda evdə "Zirə" ilə 1:1 hesablı heç-heçədən sonra keçirdiyi mətbuat konfransında deyib.

Qarşıya qoyulan hədəfdən danışan gənc məşqçi gənc komanda olduqlarını xatırladıb: “Qarşımıza avrokuboklara düşmək vəzifəsi qoyulmayıb. Yeni komandayıq. Futbolçuların üzərinə belə bir təzyiq qoymaq istəmirik. Əlbəttə, biz də avrokubok zonasına düşməyi istəyərdik. Lakin "Zirə” də yaxşı komandadı və qitəmiqyaslı yarışlara çıxmaq istəyir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right