Ozobiçin “siftə”si

“Qarabağ”da 1992-ci ildən fasiləsiz iştirakçısı olduğu Azərbaycan milli çempionatında daha bir futbolçu qol hesabını açıb.

Newsport.az xəbər verir ki, bu, yay transferi Filip Ozobişdi. 28 yaşlı xorvatiyalı yarımmüdafiəçi buna 3-cü matçında nail olub. O, Azərbaycan Premyer Liqasında (TPL) IV turun açılış matçında – “Sumqayıt”la ev matçının 21-ci dəqiqəsində penaıtidən vurduğu qolla komandasına yeni mövsümdə ilk ev qələbəsi qazandırıb – 1:0.

Əslində, Ozobiç “Qarabağ”da bunadək qol hesabını açmışdı. O, Avropa Liqasının pley-off mərhələsində “Şerif”ə Bakıda 3:0 hesabı ilə qalib gədiyimiz matçda son nöqtəni baxımlı qolla qoymaqla böyük hesablı qələbəni, eyni zamanda qrupa vəsiqəni rəsmiləşdirmişdi.

Bu, Filip 3-cü mövsümdü iştirakçısı olduğu TPL-də 17-ci qolu olub. O, 16 qolu Azərbaycanda ilk klubu olan “Qəbələ”də imza atıb. Özü də Ozobiç debüt mövsümündə Rauf Əliyevlə birgə 11 qolla çempionatımızın bombardiri olub.

Qeyd edək ki, Ozobiç Azərbaycandakı karyerası ərzində 26-cı qola sevinib. O, 25 qolla “Qəbələ”nin tarixində bombardirlər siyahısında 4-cü olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right