“Bəzi insanlara sübut edəcəm ki, hər bir futbolçuya inanmaq lazımdı” - "Keşlə"nin yeni transferi

Azərbaycan milli komandasının sabiq üzvü Ruslan Əmircanovun klubsuz günləri başa çatdı. Təcrübəli oyunçu “Keşlə” ilə 1 illik müqavilə imzaladı.

Köhnə-yeni klubu, hədəfləri barədə Newsport.az saytına danışan Əmircanov bunları dedi: “Köhnə komandama qayıtdığıma görə çox sevinirəm. “Keşlə” sabiq “İnter”di.  Burada hamını demək olar ki tanıyıram. Qısa zamanda yeni məşqçini də tanımışam. Düşünürəm ki, Mladen Milinkoviç yaxşı məşqçidir. Ən əsası hamıya eyni gözlə baxır. Mən bu komandaya elə-belə gəlməmişəm. Əlimdən gələni edəcəyəm ki, komandaya kömək edim. Bura vaxt keçirməyə gəlməmişəm. Son vaxtlar daim çıxış eləmirəm. Odur ki,  ideal formamdan bir qədər uzağam. Buna görə də fasilə yerinə düşdü. Məşqlərimi edib, formama qayıdacağam. Formaya düşüb, bəzi insanlara sübut edəcəm ki, hər bir futbolçuya inanmaq lazımdı. Futbolu yaş oynamır, şəxs oynayır”.

Əmircanov bildirib ki, komandanın məqsədi yüksək yerlər uğrunda mübarizə aparmaqdır: “Düzdür, turnir cədvəlindəki yerimiz yaxşı deyil. 3 oyundan sonra cəmi 1 xal toplamışıq. Amma məqsədlər yüksəkdir. Qapımızdan keçən qollar öz səvhvlərimizdən reallaşıb. Və ya istək baxımından rəqibə uduzmuşuq. İndi öz üzərimizdə daha çox çalışırıq. Fasilədə yoxlama oyunları da keçiririk. “Səbail” ilə yoxlama görüşündə qələbə qazandıq. Düzdür, rəsmi oyun deyildi. Buna baxmayaraq, qələbə hər zaman xoşdur. Mövsüm ərzində ilk qələbəmiz oldu və bu, psixoloji cəhətdən bizə çox yaxşı təsir edəcək”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right