Elşad Əhmədov: "Transfer məsələsini bağlamışıq"

“Sabah” Azərbaycan Premyer Liqasının III turunda səfərdə “Zirə”ni 2:0 hesabıyla məğlub edib.

Newsport.az-ın məlumatına görə, oyundan sonra baş tutan mətbuat konfransında "Sabah"ın baş məşqçisi Elşad Əhmədov fikirlərini bölüşüb:

- Bundan əvvəlki oyunda zəif oynamışdıq. Uşaqlarla söhbətimiz oldu, səhvlərimiz haqda danışdıq. Futbolçularım oyuna həvəsli çıxmışdılar. Erkən qol vurduğumuz üçün daha da rahatlaşdıq. İkinci hissədə isə çətinliklərimiz oldu, bu da komandamızın yeni yığılması ilə bağlıdır.

- İlk hissədəki oyunu ikinci yarıda niyə sərgiləyə bilmədiniz? 
- Çatışmayan cəhətlərimiz var, səhvlərimiz üzərində işləməliyik. 

- Deviç artıq çempionatımızın bombardiridir. Onunla mübarizə aparmaq üçün komandaya yeni hücumçu cəlb edəcəksiniz?
- Sırf 9 nömrə deyirsinizsə, varımızdır. Transfer məsələsini hələlik, bağlamışıq. Deviç zədələnsə, nəsə fikirləşəcəyik.

- Cavid İmamverdiyev ideal formasından uzaqdır. 
- Razıyam. Cavid komandamıza gec qoşuldu və sonradan zədə aldı. Potensialını açacağına ümid edirik. 

- Çempionatda fasilə olacaq. Bu ərəfədə nə edəcəksiniz?
- Çatışmayan cəhətlərimiz üzərində çalışacağıq. Komandanı fiziki cəhətdən hazır edəcəyik. Fasilə ərəfəsində 2 yoxlama oyunu keçirməyi düşünürük.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right