"Sanki futbolçulara da nə isə olmuşdu" - Sənan Qurbanov

“Gözlədiyimiz oyunun tam əksini izlədik. Matça fərqli şəkildə hazırlaşmışdıq. Rəqib 10 nəfərlə qalanda da üstünlüyə malik idi”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqanın 3-cü turunda “Sumqayıt”la keçirilən oyundan (1:1) sonra mətbuat konfransında deyib.

Qələbəni əldən verdikləri görüşü şərh edən gənc çalışdırıcı futbolçularla ciddi söhbət edəcəyini bildirib:
“Belə pis oynadığımızı xatırlamıram. Buna çox üzüldüm. “Neftçi” ilə görüşün ikinci hissəsində yaxşı oynamışdıq. Amma bu dəfə meydanda tam fərqli futbol gördük. Hücum barədə dediklərimin əksi oldu. Futbolçulara tapşırıb, oyuna kökləmişdik. Ötən tur məğlub olmuşduq, bu dəfə evdə qalib gəlməliydik. Amma sanki futbolçulara da nə isə olmuşdu. Matça baxıb, təhlil edib, oyunçularla fərdi, ciddi söhbət aparacağıq. Bunun bir çıxış yolunu tapmalıyıq. Üstünlüyün də rəqibdə olması məni düşündürür”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right