İslandiyalı səfir İlham Əliyevlə görüşdə Halldorssonla bağlı nə danışıb?

"Hannes Tur Halldorssonun "Qarabağ” klubuna keçməsi islandiyalılar arasında Azərbaycana böyük maraq yaradıb". 

Newsport.az-ın məlumatına görə, bunu İslandiya Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Berqlind Asqeyrsdottir etimadnaməsini qəbul edən Prezident İlham Əliyevlə söhbətində bildirib. 

Xanım diplomat Halldorssonun dünya çempionatında məşhurlaşdığını da qeyd edib.

Qeyd edək ki, DÇ-2018-də Argentina ilə görüşdə Lionel Messinin vurduğu penaltini qaytaran 34 yaşlı qolkiper "Qarabağ"la yay transfer pəncərəsində müqavilə imzalayıb. (azərtac)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right