"Qarabağ"ın yeni transferi debüt oyununda fərqləndi

21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Rövlan Muradovun yeni klubunun adına aydınlıq gəlib. 

Newsport.az-ın məlumatına görə, “Qəbələ” Futbol Akademiyasının yetirməsi karyerasını “Qarabağ”da davam etdirəcək. Yarımmüdafiəçi Ağdam klubunda mövsümün sonuna qədər icarə əsasında keçirəcək.

İstedadlı futbolçu artıq “köhlən atlar”ın heyətində debüt edib. O, birinci divizionun I turu çərçivəsində “Kəpəz”lə səfər qarşılaşmasında “Qarabağ”ın heyətində ilk oyununu keçirib və qol vurmağı bacarıb. 

Qeyd edək ki, Rövlan son mövsümün ikinci yarısını icarə əsasında Çexiyanın “Slaviya” klubunda keçirib. Oyunçu özünü yaxşı tərəfdən göstərsə də, klub daha gənc oyunçularla yola davam etmək istədiyi üçün ordan ayrılmalı olub. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right