Millimiz ənənəvi beynəlxalq turnirdə iştirak etməkdən imtina etdi

Sentyabr ayında Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş futbol üzrə ənənəvi beynəlxalq turnir keçiriləcək.  

Newsport.az-ın məlumatına görə, Azərbaycan bu yarışda heç bir milli komanda ilə təmsil olunmayacaq.  AFFA bununla bağlı rəsmi təklif alsa da, sonda turnirdə iştirak etməməklə bağlı qərar verilib.  

Qeyd edək ki, əvvəllər Azərbaycanı bu turnirdə 19 yaşlılardan ibarət yığma komandamız təmsil edib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right