"Qəbələ" "Səbail"ə, "Sabah" "Keşlə"yə qalib gəldi Yenilənib

Bu gün Azərbaycan Premyer Liqada birinci turun daha iki oyunu keçirilib.

Newsport.az-ın məlumatına görə,  günün ilk matçında "Qəbələ" doğma meydanda "Səbail"i qəbul edib. Rəqibin qapısından 3 cavabsız top keçirən "qırmızı-qaralar" mövsümə inamlı qələbə ilə başlayıblar.

Turun digər görüşündə Azərbaycan Premyer Liqanın debütantı "Sabah" "Keşlə"nin qonağı olub. Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.



12 avqust


21:00. "Keşlə" – "Sabah" - 0:1
Qol:
 Marko Deviç, 45+2 (penalti)
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, İsgəndər Əliyev, Ramil Diniyev
Bakı, "ASK Arena”.

19:00. "Qəbələ" – "Səbail" - 3:0
Qollar:
 Asif Məmmədov, 21 (1:0), Ürfan Abbasov, 63 (2:0), Ceyms Adeniyi, 82 (3:0)
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov
Qəbələ şəhər stadionu

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right