"Qəbələ"nin futbolçusu: "İnanıram ki, "Kukesi" "Qarabağ"ı məğlub edəcək"

"Qarşılaşmanı stadiondan izləyəcəm.  "Kukesi" üçün asan olmayacaq, amma futbolda heç nəyi əvvəlcədən bilmək olmur".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Sabien Lilay deyib.  

Albaniyalı futbolçu Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün keçiriləcək "Qarabağ" - "Kukesi" oyunu haqda danışıb.  

O, "Kukesi" cəbhəsində vəziyyətin yaxşı olduğunu, komandanın matça hazır olduğunu bildirib: "Bir neçə dəqiqə öncə "Kukesi"nin futbolçuları ilə görüşdüm. Atmosfer yaxşı idi, futbolçular nikbin görünürdülər.  Oyun vaxtı dostumla stadionda olacam.  Çətin olsa da, inanıram ki, "Kukesi" rəqibini məğlub edəcək.  O ki qaldı praqnoz verməyə, əvvəlcədən danışmağı xoşlamıram.  Sadəcə, "Kukesi" futbolçularına demək istəyirəm ki, mən onların yanındayam".  

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Kukesi” matçı saat 21:00-da başlayacaq. Komandalar arasında ilk oyun qolsuz başa çatıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right