"Keşlə" "Qarabağ"ın rəqibindən iki futbolçu transfer edir?

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi olan "Kukesi"nin iki futbolçusu - Rüstəm Hoca və Valon Etemi karyeralarını Azərbaycanda davam etdirə bilərlər.

Newsport.az-ın məlumatına görə, hər iki oyunçu ilə "Keşlə" maraqlanır. Paytaxt klubunun yeni baş məşqçisi Mladen Milinkoviç "Kukesi"də rəhbərliyi altında çıxış edən futbolçuları komandasında görmək istəyir. Hoca və Etemlə "Kukesi" Bakıda olduğu müddətdə danışıqlar aparılacaq.

Qeyd edək ki, 27 yaşlı albaniyalı Hoca mərkəz müdafiəçisi mğvqeyində çıxış edir. 20 yaşlı Valon isə Albaniyanın U-21 millisinin üzvüdür və yarımmüdafiədə çıxış edir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right