"Sabah" aşağı liqa klubunu məğlub edə bilmədi

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən bu gün yoxlama oyununda qüvvəsini sınayıb. 

Newsport.az-ın məlumatına görə, rəqib yerli “Sancaktepe Bələdiyyəspor” olub.

“Vonresort” otelininin meydançasında keçiirlən oyun 2:2 hesablı bərabərliklə nəticələnib. İlk hissə rəqibin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. 2Sabah" kinci hissədə iki dəfə rəqib qapısına yol tapıb. Təmsilçimizin heyətində Elşən Abdullayev və Elgün Nəbiyev fərqlənib.

“Sabah” oyuna aşağıdakı heyətlə çıxıb:

Tərlan Əhmədli, Ülvi İbazadə, Elvin Bədəlov, Tərzin Cahangirov, Kərim Diniyev, Vadim Abdullayev, Cavid İmamverdiyev, Tural Qürbətov, Bəxtiyar Soltanov, Novruz Məmmədov, Elvin Həsənəliyev.

Oyuna sonradan daxil olanlar: Vanderson, Erik Ramos, Elşən Abdullayev, Elgün Nəbiyev, Eltun Turabov, Məqsəd İsayev.

Xatırladaq ki, “Sabah” Türkiyə toplanışı çərçivəsində daha öncə keçirdiyi “Girəsunspor” və “Osmanlıspor”la oyunlarda 1:1 hesablı heç-heçə edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right