"Sumqayıt" "Sabah"ı məğlub etdi

2018/2019 mövsümü üçün hazırlıqlarını davam etdirən “Sumqayıt” və "Sabah" komandaları arasında yoxlama görüşü baş tutub. 

Newsport.az-ın məlumatına görə, oyun bu gün saat 18:00-da “Əlincə Arena”da reallaşıb. İlk hissəsi qolsuz heç-heçə ilə bitən matçda Nazim Süleymanovun yetirmələri 2:0 hesablı qələbə qazanıb. Bəxtiyar Həsənalızadə və Cavid Tağıyev müvafiq olaraq 56 və 84-cü dəqiqələrdə rəqib torunu silkələyib.

Qeyd edək ki, "Sabah" bundan öncə "Səbail"lə heç-heçə edib.  "Sumqayıt" isə ilk yoxlama oyununa çıxıb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right