"Qarabağ"da daha bir legioner qapıçı?

“Qarabağ” heyətinə daha bir qapıçı cəlb etməyə hazırlaşır.

Newsport.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Ağdam klubu  "Virtus Entella" ilə yolları ayıran Alessandro Yakobuççi ilə maraqlanır. 27 yaşlı italiyalı qolkiperi  "Qarabağ"la yanaşı, "Olimpiakos"un da transfer etmək istədiyi iddia olunur.

Qeyd edək ki, A.Yakobuççi son üç mövsümü "Virtus Entella"da keçirib.

Xatırladaq ki, “Qarabağ”  bu yay iki qapıçı -  Hannes Halldorsson və Vaqner da Silvanı transfer edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right