"Neftçi" Bosniya və Herseqovina klubuna qalib gəldi

“Neftçi” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, “ağ-qaralar” “Çelik”lə üz-üzə gəlib. Bosniya və Herseqovina təmsilçisi ilə görüş Bakı klubunun inamlı qələbəsiylə başa çatıb.

“Neftçi” bu oyundan əvvəl “Şkupi” (Makedoniya) və “Dunarea Kalarasi” (Rumıniya) üzərində eyni hesabla (2:0) qələbə qazanmışdı.

Bakılılar toplanış çərçivəsində son yoxlama matçını iyulun 5-də "Politexnika”ya (Rumıniya) qarşı keçirəcək.

Yoxlama oyunu

“Neftçi” (Azərbaycan) - "Çelik” (Bosniya və Herseqovina) - 4:1

Qollar: Baqali Dabo, 14, Rəhman Hacıyev, 18; 34 (pen.), Namiq Ələsgərov, 60

“Neftçi”: 94. Rəşad Əzizli, 5. Anton Krivotsyuk, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov, 9. Baqali Dabo, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 22. Mirabdulla Abbasov, 25. Kiril Petrov (k), 77. Elvin Sərkərov, 93. Soni Mustivar

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 73. Nail Alışov, 4. Rəşad Eyubov, 11. Dario Frederiko, 21. Məhəmməd Mirzəbəyov, 28. Slavko Braliç, 36. Xəlil Bəşirov, 37. Vüsal Əsgərov, 51. Elçin Əsədov, 70. Əli Şirinov





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right