"Qarabağ" İtaliyada daha bir qapıçıya təklif göndərdi

İbrahim Şehiç və Anton Kanibolotski ilə yolları ayıran "Qarabağ" qapıçı axtarışlarını davam etdirir.

Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi İtaliya B Seriyasında çıxış edən "Verona"nın qapıçısı Nikolya Andradeyə təklif göndərib. Braziliyalı qapıçı ilə ilkin danışıqlar baş tutub. İtaliya mətbuatının məlumatına görə, hazırda danışıqlar davam etdirirlir. Əgər tərəflər razılığa gəlsə, 30 yaşlı qapıçının transferi baş tutacaq.

Qeyd edək ki, Nikolya Andradenin "Verona" ilə 2020-ci ilə qədər müqaviləsi var. O, 2010-cu ildən bu komandada çıxış edir.

"Qarabağ" daha öncə "Peskara"nın qolkiperi Vinçenzo Fiorilloya təklif göndərsə də, müsbət cavab almamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right