Baş məşqçi açıqladı: Ramil Şeydayevin transferi nə vaxt rəsmiləşəcək?

Millimizin və "Trabzonspor"un hücumçusu Ramil Şeydayevin Avstriyanın “Mattersburq” klubuna keçidi rəsmiləşməyib.

Newsport.az-ın məlumatına görə, "bordo-mavililər"in düşərgəsində məşqlərə başlayan 22 yaşlı forvardın Avstriya klubuna transferi tezliklə açıqlanacaq. Bu barədə klubun baş məşqçisi Gerald Baumqartner məlumat verib. O, bildirib ki, Ramil bu həftə “Mattersburq” klubunun düşərgəsinə qoşulacaq və rəsmi sözləşmə imzalayacaq. Baş məşqçi bundan sonra 2 yarımmüdafiəçi alacaqlarını qeyd edib.

Qeyd edək ki, Şeydayev ötən mövsüm icarə əsasında "Qarabağ"da çıxış edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right