Qərar verildi: Erməni bombardir Qəbələyə gələcək?

“Qəbələ” Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburqun “Proqres” klubu ilə qarşılaşacaq.

 

Newsport.az xəbər verir ki, Lüksemburq klubu Qəbələdə keçiriləcək ilk oyuna erməni hücumçusu Aleksandr Karapetyanı gətirməyəcək. Bu barədə klubun meneceri Tomas Qliqeman məlumat verib.  Klub rəsmisi Azərbaycanla Ermənistan arasındakı siyasi problemə görə forvardı Qəbələdə baş tutacaq görüşə gətirməyəcək.

 

Ermənistan millisində çıxış etmiş 30 yaşlı Aleksandr Karapetyan ötən ildən "Proqres"də çıxış edir. Karapetyan ötən mövsüm çempionatda 23 oyuna 29 qolla bombardirdir. Gürcüstan doğumlu forvard Almaniya, Ermənistan və Gürcüstan vətəndaşlığını daşıyır.

 

Xatırladaq ki, 2015-ci ildə “Borussiya” (Dortmund) Avropa Liqasının qrup mərhələsində “Qəbələ” ilə Bakıda baş tutan oyuna Ermənistan millisinin üzvü Henrik Mxitaryanı gətirməmişdi.

 

Qeyd edək ki, Qəbələdə keçiriləcək matç iyulun 12-də, saat 20:00-da baş tutacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right