Rusiya klubu azərbaycanlı futbolçunu 500 min avroya transfer etdi

Moskva "Spartak"ı Azərbaycan əsilli yarımmüdafiəçisi Ayaz Quliyevi birdəfəlik satıb.

Newsport.az xəbər verir ki, 21 yaşlı futbolçu karyerasını Rusiyada davam etdirəcək. O, "Rostov"la dörd illik müqavilə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Keçid üçün Moskva təmsilçisinə 500 min avro ödənilib.

Rusiyanın U-21 millisinin üzvü olan Quliyev transferlə bağlı bunları söyləyib: "Peşəkar karyeramı daha da inkişaf etdirmək üçün gözəl addım oldu. Ötən mövsüm "Rostov"da çıxış etdim və klub mənim xidmətimdə maraqlı oldu. İndi yeni mövsümü gözləyirəm. Komandamız rəqiblərlə mübarizə aparacaq və möhkəm olacaq. Azarkeşlərimizdən bizə dəstək vermələrini xahiş edirəm".

Qeyd edək ki, Ayaz "Spartak"ın yetirməsidir. O, icarə əsasında "Anji"də və ötən mövsümün ikinci yarısını "Rostov"da keçirib. Milli komandamızın baş məşqçisi Qurban Qurbanov açıqlamsında Quliyevi diqqətində saxladığını demişdi.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right