“Keşlə” Avropa Liqasında mübarizəyə neçənci mərhələdən qoşulacaq?

2018/19 mövsümündə Azərbaycanı avrokuboklarda "Qarabağ", "Keşlə", "Qəbələ" və "Neftçi" klubları təmsil edəcək.

Newsport.az xəbər verir ki, UEFA-nın reytinq siyahısında 19-25-ci pillələrdə qərarlaşmış 7 ölkənin kubok qalibləri yarışa 2-ci təsnifat mərhələsindən qatılacağı üçün Azərbaycan kubokunun qalibi “Keşlə” də Avropa Liqasında mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq. Azərbaycan reytinqdə 23-cü yerdə olduğu üçün "Keşlə" 1-ci təsnifat mərhələsindən azad olub.

Azərbaycanı Çempionlar Liqasında “Qarabağ” təmsil edəcək. Ağdam klubu mübarizəyə I təsnifat mərhələsindən start verəcək.

“Qəbələ” və “Neftçi” klubları isə Avropa Liqasında I təsnifat mərhələsindən başlayacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right