"Məni gözdən salmaq istəyirlər" Kamran Ağayev

“Keşlə”nin kapitanı Kamran Ağayev Azərbaycan Kubokunun finalından “Qəbələ”ni 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra Newsport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının da iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

 

- Kuboku qazanmağın ləzzəti bir başqadı?

- Hər bir futbolçu ölkə klubokunun finalında oynamaq istəyir. Çempionluq tez yaddan çıxır. Amma kubokun ab-havası başqadır. Finala yaxşı köklənmişdik. Kuboku əldə etmək istəyirdik. Çempionatda da oyunlarımız oldu. Komandaya qış fasiləsində qoşulmuşuq. Kollektiv 8 oyun idi uduzurdu, inamsızlıq vardı. Toparlanmaq bir az çətin idi. Şükür Allaha, komandaya inamı qaytardıq və davam edirik.

 

- Futbolçu və maddi imkanlarına görə “Keşlə”dən üstün olan “Qəbələ”ni nəyin sayəsində üstələdiniz?

- Ağıllı analiz və ağıllı oynamaq hesabına. Diktofonları söndürəndən sonra deyərəm (gülür).

 

- “Keşlə”nin avrokubok perspektivini necə qiymətləndirirsən?

- Hələ heç nə bilmirik. Hamımızın müqaviləsi qurtarıb. Sabah milli komandaya qoşuluram. Ağır zədədən sonra meydana qayıtmışam. Hər ay dizimdəki zədəyə görə normativ verirdim. İndi özümü yaxşı hiss edirəm. Hədəfimizin nə olacağını bilmirik. Müqavilə bağlayıb-bağlamaycağımız dəqiqləşməyib. Hələlik yığmaya gedirəm.

 

- Özü “Keşlə”də qalmaq istəyirsən, yoxsa getmək?

- Onu zaman göstərər. Bəziləri bizimlə düşmən kimi rəftar edirlər. Yazıları oxuyuram. Qıcıqverici şeylər yazırlar, amma əhəmiyyət vermirəm. Niyə? Çünki azarkeşlərə arxalanıram. Onlar bu əziyyəti unutmurlar. Nə qədər məni gözdən salmaq istəsələr də, azarkeşlər əziyyəti yaddan çıxarmırlar. Artıq 5 ya 6-cı dəfədir ağır zədədən sağalıram. 

 

- Səni kimlər gözdən salmaq istəyir?

- Bir çoxları. Azları yox, çoxları. Amma belə şeylərə fikir vermirəm. Portuqaliyaya gedəndə “bu qurtardı” dedilər. Eyni Çexiyaya yollananda da oldu. Düzdür, ora bir az inamsız getdim. Çünki zədəli vəziyyətdə idim. Ordakı baş məşqçinin açıqlamasında oxumuşdunuz. Mənim artıq çəkim olduğunu söyləmişdi. Təzdən zədələndim.

 

- Bir də şansınız olsa, Avropa klublarından birinə gedərsən?

- Şans deyəndə ki, qabaqcadan heç nə söyləmək istəmirəm. Yaxıb gələcəkdə hər şey görsənər.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right