Millimiz bu gün başlayır

Milli komandamız qarşıdakı yoxlama oyunları üçün Bakıda təlim-məşq toplanışına başlayır.

Milli komandanın mətbuat xidmətindən 
Newsport.az-a verilən xəbərə görə, Qurban Qurbanovun rəhbərlik etdiyi yığmamız bu gün saat 18:00-da ilk məşqinə çıxacaq.

Hazırlığa Tofiq Bəhramov adına Respublika stadionunda start verəcək millimiz növbəti məşqlərini Bakı Olimpiya Stationunda keçirəcək.

Qeyd edək ki, iyunun 2-dək Bakıda təlim-məşq toplanışında olacaq millimiz mayın 29-da Qırğızıstan, iyunun 6-da Qazaxıstan, iyunun 9-da Latviya ilə yoldaşlıq oyunu keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right