Billiat klubunda son oyununa çıxdı “Qarabağ”a gəlir

“Qarabağ”a transfer olunacağı gözlənilən Xama Billiat Cənubi Afrikanın “Mamelodi” komandasını heyətində son oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, zimbabveli hücumçu Afrika Çempionlar Liqasının yarımfinal mərhələsinin “Horoya” ilə cavab görüşündə iştirak edib. İki oyunun nəticəsinə əsasən, Billiatın komandası mübarizəni dayandırıb. 2:2 hesabı ilə yekunlaşan təkrar matçda 27 yaşlı futbolçu bir qol vura bilib. BBC-nin saytı yazır ki, bu, Billiatın “Mamelodi”də son matçı olub. “O, karyerasını bundan sonra böyük ehtimalla Azərbaycanda davam etdirəcək” – deyə bildirilib. Klub adı çəkilməsə də, bunun “Qarabağ” olduğu şübhə doğurmur.

Qeyd edək ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bugünlərdə Billiatla danışıqlar apardıqlarını təsdiqləmişdi.

Əlavə edək ki,  2013-cü ildən "Mamelodi Sandaunz"un formasını geyinən 27 yaşlı hücumçu Zimbabve millisinin üzvüdür.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right