Tərlan Əhmədov "Səbail"in baş məşqçisi təyin olunur

Paytaxtın "Səbail" klubunun baş məşqçisi Samir Əliyev öz istəyi ilə klubdan ayrılıb.

Newsport.az-ın məlumatına görə, o, ötən gün klub rəhbərliyi ilə görüşdən sonra qərarını açıqlayıb.

Əldə etdiyimiz məlumata görə, "Səbai"lin baş məşqçisi postuna "Neftçi" ilə müqaviləsi mayın sonu bitəcək olan Tərlan Əhmədov gətirilir. Onunla yaxın günlərdə müqavilə imzalanacağı gözlənilir.

Belə ki, "Neftçi" baş məşqçi məsələsi ilə bağlı yekun qərarı yaxın günlərdə verəcək. Əgər "ağ-qaralar" Tərlan Əhmədovu saxlamaq istəməsə, o, "Səbail"in sükanı arxasına keçəcək. 

futbol11.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right