Millimizin üzvü "Neftçi"nin təklifini qəbul etmədi

Paytaxtın "Neftçi" klubu mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçularla danışıqlara başlayıb.  

Newsport.az-ın məlumatına görə, "ağ-qaralar" gələn mövsüm heyətdə düşünülən futbolçulara yeni müqavilə təklif edib.  

Bu futbolçulardan biri də milli komandamızın üzvü Məhəmməd Mirzəbəyovdu.  Cinah müdafiəçisinin paytaxt təmsilçisi ilə müqaviləsi may ayının sonuna qədərdi. Klub Mirzəbəyova yeni müqavilə təklif etsə də, futbolçu bununla razılaşmayıb. O, maaşınını azaldılması təklifi ilə razılaşmayıb.  

Qeyd edək ki, Mirzəbəyov ötən yay "Qəbələ"ni "Neftçi"yə dəyişib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right