Əfran İsmayılov "Qarabağ"dan ayrılır AÇIQLAMA

Milli komandamızın üzvü və "Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılov Newsport.az saytına açıqlama verib.

 

29 yaşlı futbolçu "Qarabağ"dan ayrılması ilə bağlı xəbərlərə münasibət bildirib. İsmayılov mövsümün sonunda hər şeyə aydınlıq gələcəyini bildirib:

 

"Bəli, ayrılıq variantı var. Lakin mövsümün sonu turunda "Qəbələ" ilə oyunumuzdan sonra yekun qərar veriləcək. Hələ "Qarabağ"ın futbolçusuyam və klubdan ayrılmamışam. Ancaq mövsümün sonunda qərarımı verəcəm".

 

İsmayılov cari mövsüm bütün turnirlər daxil olmaqla 24 oyun keçirib, 4 qol vurub.

 

Qeyd edək ki, Əfran İsmayılov 2006-2013cü illərdə "Qarabağ"da çıxış edib. Ağdam klubundan ayrıldıqdan sonra 2015-ci ildə kluba dönmüşdü.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right