Ardıcıl 5-ci dəfə mükafatçılar sırasına düşən “Qəbələ”

“Qəbələ” Premyer Liqanın gümüş medalını təmin edib. 

Newsport.az-ın məlumatına görə, buna 27-ci turun nəticələri səbəb olub.

Rəqib meydanında “Sumqayıt”a 2:0 hesabı ilə qalib gələn Roman Qriqorçukun yetirmələri xal hesabını 49-a çatdırıb.

Ən yaxın izləyicisi “Neftçi”ni 6 xal qabaqlayan “qırmızı-qaralar” sonuncu turun nəticələrindən asılı olmayaraq, turnir cədvəlində 2-ci yeri tutub. 

Bunadək “Qarabağ” çempionluğu təmin etdiyindən sonuncu tur bürünc medal baxımından əhəmiyyət kəsb edir. 43 xala malik “Neftçi”, həmçinin 41 xallı “Zirə” və hesabında 40 xal olan “Sumqayıt” 3-cü yeri tutmaq şansına malikdi. 

Aardıcıl 5-ci dəfə mükafatçılar sırasına düşən “Qəbələ” 2013/14, 2014/15 və 2015/16 mövsümlərində bürünc, 2016/17 və 2017/18 mövsümlərində gümüş medal əldə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right