Daha 1 il "Qarabağ"da!

2009-cu ildən «Qarabağ»ın formasını geyinən Ansi Aqolli Azərbaycanı gələn yaydan tez tərk etməyəcək.

Newsport.az-ın məlumatına görə, Albaniya millisinin keçmiş kapitanı Ağdam klubu ilə müqaviləsini uzadıb.

36 yaşlı müdafiəçi daha 1 il «köhlən atlılar»ın şərəfini qoruyacaq. Qurban Qurbanov ümumiyyətlə, ona karyerasını Azərbaycanda bitirməyi təklif edib.

Baş məşqçini Aqolli barədə nikbin düşünməyə vadar eləyən onun nizam-intizamı, idman rejiminə diqqətli yanaşması, bir sözlə, peşəkar davranmasıdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right