"Zirə"dən 11 turdan sonra qələbə

Azərbaycan Premyer Liqada 26-cı turun oyunları davam edir.

Newsport.az-ın məlumatına görə,  "Səbail" doğma meydanda "Zirə"ni qəbul edib. Paytaxt təmsilçilərinin dueli qonaqların minimal hesablı qələbəsiylə başa çatıb.

Bununla da "Zirə" 11 oyunluq qələbəsiz seriyasını dayandırıb. Maraqlıdı ki, zirəlilər son qələbəsini də məhz "Səbail" üzərində "Bayıl Arena"da 1:0 hesabıyla qazanmışdı. XIV turdakı həmin oyunda qələbəni Adil Nağıyev vurduğu qolla qazandırmışdı. Həmin müdafiəçi bugünkü matçı cəza üzündən buraxmışdı. 

17:00.“Səbail” – “Zirə” - 0:1 
Qol:
 Müşfiq İlyasov, 16

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right