"Sumqayıt"da itki

Ötən tur “Səbail”lə qarşılaşan “Sumqayıt” istirahətin ardından “Kəpəz”lə qarşılaşmanın hazırlıqlarına start verib. 

Newspot.az xəbər verir ki, Samir Abasovun komandası “Kapital Bank Arena”da məşqə çıxıb. Zədəsi olan Rəşad Eyyubov məşq prosesində iştirak etməyib. Hazırlıq ərzində müxtəlif toplu çalışmalar edilib. Məşq ikitərəfli oyunla yekunlaşıb.

Qeyd edək ki, “Kəpəz” – “Sumqayıt” qarşılaşması 4 may, saat 16:00-da Gəncə Şəhər Stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right