"İndi millini yox, finalı düşünürük" - Roman Qriqorçuk

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının XXV turunda "Kəpəz"ə evdə 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib.

Newsport.az-ın məlumatına görə, ukraynalı çalışdırıcı əvvəlcə qarşılaşmaq haqda fikirlərini bildirib.

- Bu gün qalib gəldik. Ancaq kənardan göründüyü kimi, asan olmadı. Sadəcə, düzgün oynadıq, qol imkanlarımızdan istifadə etdik.

- İkinci hissənin tempin aşağı düşməsi motivaisyanın aşağı düməsiylə bağlı idi?

- Yox. Aydın məsələdi ki, rəqib oyun üslubunu davam etdirir. Bizə hər oyunda həm xal qazanmaq vacibdi, həm də futbolçular yaxşı formada olmalıdı. İkinci hissədə qol vura bilməməyimiz pis yararlanmağımızla bağlı idi.

- Mayın 28-də kubokun finalına oynayacaqsınız. Bir gün sonra millinin yoldaşlıq görüşü var. Bu məsələni baş məşqçi Qurban Qurbanovla danışmısınız?

- Mən heç kimlə heç nə müzakirə etməmişəm. İndi millini yox, finalı düşünürük. Bütün futbolçulara şans verəcəyik. Təbii ki, kim daha yaxşı hazır olacaq, onları buraxacağıq. Aydındı ki, finalda oynayanlar sabah millidə oynaya bilməz. Onu ehtimal edirəm ki, finalda oynamayan mili üzləri çıxış edə bilərlər.

- Rəqiblərə qarşı ikili standartla yanaşırsınız. Bəhlul Mustafazadənin “Qəbələ”nin qarşı oynamasına icazə vermədiniz. Ancaq Roman Hüseynova güzəştə getdiniz. Bu, "Kəpəz"in "Sumqayıt"dan fərqli zəif olmasıyla bağlıdı?

- Romanla bağlı niyə belə olduğunu dəqiq deyə bilmirəm. Fikrim rəqibə görə dəyişmir. Mövqeyim budu ki, müqaviləylə bizə məxsis olan futbolçunun “Qəbələ”yə qarşı oynamağa icazə verilməsin. Ancaq ola bilər ki, rəhbərliklə başqa məqamlar razılaşdırılıb. Bu haqda xəbərim yoxdu. Rəhbərliyin mövqeyinə də qarşı çıxmıram.

Sport24.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right