Rail Məlikov: "Baş məşqçimiz əsəbləşibsə, yəqinki nəsə görüb əsəbləşib" Müsahibə

“Çempiona qarşı oynadıq. Tərik edirik. Çempion oldular. Oyuna çox yaxşı köklənmişdik. Kubok əldən çıxdıqdan sonra çempionat bizim üçün önəm kəsb edir.  Bu oyunda da pis təsir bağışlamadıq. Düzdür, məğlub olduq, anacq əsas odu ki, irəlidəki görüşlərdə xal itirməyək”.

Newsport.az xəbər verir ki, bu sözləri “Suçqayıt”ın futbolçusu Rail Məəlikov “Qarabağ”la görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkn bildirib:

-Oyundan sonra baş məşqçi Samir Abasov hakimin üzərinə şığıdı. Sən necə qiymətləndirisən idarəçiliyi?

-Bu haqda danışmaq istəmirəm. Hakim də insandır. Düzgünlük də olur, səhv də olur. Baş məşqçimiz əsəbləşibsə, yəqinki nəsə görüb  əsəbləşib. Mən buna müdaxilə etmirəm.

-Sən özün nəsə gördünmü?

-Görsəm də bunu açqlamaq istəmirəm.

-Bu oyun çempionluq üçün önəmli olmasaydı, idarəçilik fərqli olardımı ?

-Hakimlik haqda danışmaq istəmirəm. Çünki , bu oyun “Qarabağ”a nə qədər vacib idisə, bizə də bir o qədər önəmli idi. İstəyirik ki, arxamızca gələn rəqiblər bizə çatmasın və tezliklə Avroliqaya vəsiqəni təmin edək.

-“Neftçi” də qələbə qazandı. İşinizin çətinləşdiyini düşünmək olar?

-Xeyr, çünki biz öz oyunumuza diqqət yetiririk. Rəqiblərə baxmırıq. Qarşıda dörd oyunumuz var. Çalışacağıq ki, bu oyunlarda maksimum xal əldə edək. Kim udur, kim uduzur bunun bizə aidiyyatı olmamalıdır. Əgər elə olsa, biz xal itirəcəyik və heç bir nəticə əldə edə bilməyəcəyik.

-Səncə. kubokdakı uğursuzluq komandaya təsir edib?

-Xeyr, elə düşünmürəm. Düzdür, iki görüşün ikisində də öz oyunumuzu göstərə bilmədik. Ancaq kubokun ayrı, çempionatın tamam başqa yeri var. Düşünmürəm ki, oradakı məğlubiyyət səbəb oldu bugünki uğursuzluqa.

-Növbəti turda “Səbail”lə qarşılaşacaqsınız, xal qazanmaq baxımından sərfəli oyun hesab etmək olar bu görüşü?

-Xeyr, məncə, ən ağır oyunumuz “Səbail”lə olacaq. Biz hər bir oyuna final matçı kimi çıxırıq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right