"Neftçi"nin futbolçuları "Zirə"yə görə 1500 manat aldı

"Neftçi" Premyer Liqanın son hesabat həftəsində şeytanın qıçını sındırdı.

Newsport.az-ın məlumatına görə"Ağ-qaralar" 3 ildi elitada çıxış edən rəqibinə ilk dəfə qalib gəldi. Təbii ki, bu, ümumi mübarizəyə aid deyil.

Ötən 2 mövsümdə "qartallar" kuboku uğrunda yarışmadan uzaqlaşdıran "Neftçi" çempionatda onu izləyən sindroma son qoydu.

Səfərdə 3:0 hesabıyla qalib gələn komanda üzvləri rəhbərlik tərəfindən layiqincə qiymətləndirilib. Hər bir futbolçuya öncədən 1000 manat mükafat vəd olunmuşdusa, gözəl oyun və nəticə idarəçiləri riqqətə gətirib və məbləğ 1500-ə qaldırılıb (Sportinfo.az). 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right