"Qəbələ"dən son xəbərlər: Dabo ilə Bezotosnı "Neftçi"yə qarşı oynayacaq?

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində sabah "Neftçi" ilə qarşılaşacaq "Qəbələ" zədəli futbolçularından sevindirici xəbər alıb.  

Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar"ın forvardı Baqali Dabo sıraya dönüb.  Topaz Premyer Liqasının XXII turunda "Zirə" ilə səfər matçında zədə alan fransalı futbolçu kollektivlə məşqlərə başlayıb.  O, "Neftçi" ilə qarşılaşmada baş məşqçi Roman Qriqorçukun ixtiyarında olacaq. Eyni sözləri "Zirə" ilə matçda Riçard Qadze ilə toqquşmada zədə alan qapıçı Dmitri Bezotosnı haqda söyləmək olar. "Qəbələ"nin əvəzedilməz simalarından olan ukraynalı böyük ehtimalla "Neftçi" ilə qarşılaşmada meydanda olacaq.  

Əvəzində müdafiəçi Vitali Vernidub yenə meydana çıxa bilməyəcək.

Qeyd edək ki, komandalar arasında ilk görüşdə "Neftçi" minimal hesablı qələbəyə sevinib - 1:2.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right