"Uyğunlaşmada bir az çətinlik olurdu" Şəhriyar Əliyev

"Kəpəz" Azərbaycan Premyer Liqasının 23-cü turunda "Qarabağ"a 0:1 hesabıyla uduzub.
 
Oyundan sonra Gəncə klubunun müdafiəçisi Şəhriyar Əliyev Newsport.az-ın əməkdaşına müsahibə verib. Əliyev öncə oyun barədə danışıb:
 
- “Qarabağ”a “Qafqazın “Barselona”sı deyirlər. Liderlə oynadıq. Düşünürəm ki, yaxşı oynadıq. Yaxşı çıxış etdik. Bir xal da qazana bilərdik. Amma nail ola bilmədik.
 
- Son pillədən qurtulmaq mümük olacaq?
- İki oyunda qalib gəlsək, rəqiblərə çata bilərik. “Səbail”lə oyunda qalib gələrək vəziyyətimizi yaxşılaşdırmaq istəyirik. Özümüz də bu pillədə qalmaq istəmirik. Yaxşı oynayırıq, sadəcə, vəziyyətlərimizi qola çevirə bilmirik. Adam həqiqətən də üzülür.
 
- “Kəpəz”də nə baş verir ki, vəziyyət düzəlmir...
- Mövsümün əvvəlində dəyişikliklər çox oldu. Bu proses qışda da davam etdi. Uyğunlaşmada bir az çətinlik olurdu. İnanıram ki, növbəti oyunlarda yaxşı nəticələrimiz olacaq.
 
- Yeni transferlərin səviyyəsi nə dərəcədədir?
- Hər şey göz qabağındadır. Canla-başla oynayırlar.
 
Mərdan HƏSƏNOV/Gəncə




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right