Azərbaycan - İrlandiya oyununun hakimləri açıqlandı

17 yaşadək qızlar arasında Avropa çempionatının elit-raundunun 7-ci qrupunun 2-ci turunun hakimləri açıqlanıb.

Newsport.az xəbər verir ki, Azərbaycan millisinin İrlandiya ilə qarşılaşması israilli Meytar Şemeşə həvalə olunub. Ona həmyerlisi May Moalem və almaniyalı Anya Klimm kömək edəcəklər.

Dördüncü hakim funksiyasını isə almaniyalı Miriam Şveynefus yerinə yetirəcək.

Martın 25-də keçiriləcək qarşılaşma Almaniyanın Qrafsvald şəhərindəki “Volksstadion” arenasında baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right