Ruslan Qurbanov: "Sona qədər döyüşəcəyik" Müsahibə

“Bu gün məğlub olduq. Bunun üçün də heç birimizin əhvalı yaxşı deyil.  Buraxdığımız iki kobud səhv, yekunda məğlub olmağımıza səbəb oldu”

Newsport.az xəbər verir ki, bu sözləri "Qəbələ" "Neftçi" görüşündən sonra (1-2) ev sahiblərinin futbolçusu Ruslan Qurbanov əməkdaşımızın suallarını cavablandırarkən bildirib:

-Son iki oyunda komandanız yaxşı nəticə göstərmir. Bu nə ilə bağlıdır?

-Bu suala mən cavab verə bilmərəm. Daha dəqiq baş məşqçi bilər. Ondan soruşsanız daha yaxşı olar. Mənim işim sadəcə, meydana çıxıb futbol oynamaqdır.

-İkinci hissədə zədə aldın. Hal-hazırda özünü necə hiss edirsən? Ciddi bir problem varmı?

-Bəli, ayağıma zərbə dəydi. Hazırda çox pis ağrılar hiss edirəm. Sabah müayinədən keçəcəm. Dəqiq bilinəcək ki, çatdı, yoxsa  zədə. Ümid edirım ki, müayinənin cavabları yaxşı çıxacaq.

-“Qarabağ”la aranızdakı fərq 10-a çatdı. Necə düşünürsünüz, artıq çempion məlumdur demək olarmı?

-Düzdür, “Qarabağ”a çatmaq çətin olacaq. Lakin bizim qarşımıza qoyulan məqsəd odur ki, meydana çıxaq və mübarizə aparaq.  Biz də öz növbəmizdə sona qədər döyüşəcəyik.

-Bu məğlubiyyət, Kubok oyunları öncəsi komandaya nə dərəcədə təsir edəcək?

-Düzdür, aldığımız məğlubiyyət komandaya pis təsir etdi. Lakin çempionat ayrı, kubok oyunları isə tamam fərqlidir. İstənilən halda çalışacağıq ki, bu vəziyyətdən çıxaq və öz oyunumuzu sərgiləyək.

-Roman Qriqarçuk oyundan sonra sizə nə dedi?

-Elə bir şey demədi. Sadəcə, bildirdi ki, çoxlu səhvlər buraxdınız və bunun üçün də məğlub olduq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right