"Hər gələn oyunçunu da yığmaya dəvət etmək olmaz" millimizin baş məşqçisi

Bu gün çimərlik futbolu üzrə milli komandamız seleksiya xarakterli təlim-məşq toplanışlarına start verib.

Newsport.az saytının məlumatına görə, milli komandanın baş məşqçisi Zeynal Zeynalov əməkdaşımızın suallarını cavablandırarkən, yığmanın son durumu və yeni dəvət olunmuş oyunçular haqda danışıb:

- Təyinatdan sonra ilk məşq günündür. Milli komanda haqda təəsüratların necədir?

- Təəsüratlar yaxşıdır. Hal-hazırda məşqlərə başlamışıq. Komanda da görüləsi işlər çoxdur. Qarşımıza Dünya Çempionatına vəsiqə qazanmaq məqsədi qoyulub. Bunun üçün çalışırıq. Ona görə də həm sevindirici, həm də bir az çətindir. Lakin çalışacağıq ki, var gücümüzlə məşq edib, yaxşı nəticələr əldə edək.

- Uzun zaman olardı ki, millidən ayrılmışdınız. Buna səbəb nə idi? 

- Ciddi bir səbəb yox idi. Sadəcə, şəxsi işlərimlə əlaqədar məsələlər idi. 

- Bu toplanış seleksiya xarakterlidir. Yeni futbolçular görə biləcəyikmi millidə? 

- Əlbəttə, daima axtarışdayıq. Çalışırıq ki, yeni futbolçular əlavə edək milli komandaya. Milliyə yeni nəfəs lazımdı. Dəyişikliklərin olacağını düşünürəm. Təbii ki, dəyişikliklərin yaxşıya doğru olmağını istəyirik. Hər gələn oyunçunu da yığmaya dəvət etmək olmaz. Bir müddət yoxlanış olduqdan sonra qərar verəcəyik ki, bu oyunçu bizə lazımdır, ya yox. 

- Keçən mövsüm çimərlik futbolu üzrə çempionat keçirildi. Bu il necə, belə bir plan varmı? 

- Təbi ki, var. Biz çempionat keçirilmənin tərafdarıyıq. Çempionatda çıxış edən hər komandadan bir futbolçu milliyə dəvət olunsa, bu, bizim üçün də müsbət nəticədir. 

- Rəhbərlik etdiyin komanda, B Liqasından, A Liqasına vəsiqə qazandı. Bildiyimiz kimi B Liqasında fərqli olaraq, A Liqasında fiziki gücə o, qədər də önəm verilmir. Bu, sizə hər hansı bir çətinlik yaratmayacaq ki? 

- Çətin olacaq. Hətta düşünürəm ki, ikiqat çətinlik yaşayacağıq. Bildiyiniz kimi keçən il B Liqasında çıxdığımız bütün oyunlarda qələbə qazandıq. Bundan sonra bizə qarşı fərqli şəkildə oynamağa başladılar. Bunun üçün də düşünürəm ki, bizə daha çətin olacaq. A Liqasında hərtərəfli şəkildə güclü komandalar çıxış edir. Onlara qarşı da oynamaq çox çətin olacaq, lakin əlimizdən gləni edəcəyik ki, yaxşı nəticələt əldə edək. 

- A Liqasında qalmaq çətin olmayaxaq ki, sizin üçün? 

- Əlbəttə çətin olacaq, ancaq biz liqada qalmaq haqda yox, daha da irəliyə getmək və yüksək nailiyyətlər əldə etmək haqda fikirləşirik.

- Rəhbərlik tərəfindən qarşınıza minimum şəkildə hansı məqsədlər qoyulub? 

- İlk növbədə A Liqasında qalmaq tapşırılıb bizə. Əlbəttə ki, biz də mnimum nəticə ilə kifayətlənmək istəmirik. Çalışacağıq ki, daha çox nəticələr əldə edək və Azərbaycanın adını qaldıra bilək. 

- Razılaşaq ki, hal-hazırda çimərlik futbolu ilə çox az adam məşqul olur. Bu, sizə hər hansı bir çətinlik törətmir ki? 

- Düzgün vurğuladınız. Çox çətinliklər yaşayırıq, lakin çalışırıq ki, bütün bu halları aradan qaldıraq və çimərlik futbolu da ölkəmizdə inkişaf etsin.

Mərdan HƏSƏNOV





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right