Zimbabve millisinin üzvü yenidən "Qarabağ"ın gündəmində

"Qarabağ" Zimbabve millisinin hücumçusu Xama Billiatdan əl çəkmir.

Newsport.az-ın məlumatına görə, qış transfer dönəmində adı Ağdam klubu ilə birgə hallanan "Mamelodi Sandauns"un hücumçusu mövsümün sonunda Azərbaycana köçə bilər.

"Qarabağ" rəhbərliyi 28 yaşlı forvarda yayda daha cəlbedici təklif irəli sürəcək. Billiatın hazırkı klubu ilə müqaviləsinin müddəti iyunun 30-da başa çatacaq. Bu isə o deməkdi ki, "Qarabağ" təcrübəli forvardı azad agent kimi heyətinə qatmaq niyyətindədi.

Bildirilir ki, Azərbaycan çempionu yayda Billiata "yox" deyə bilməyəcəyi təklif irəli sürəcək və tərəflər ortaq məxrəcə gələcəklər.

Qeyd edək ki, 2013-cü ildən "Mamelodi Sandauns"un formasını geyinən Xama Billiat Zimbabve millisinin heyətində 26 oyunda 7 qola imza atıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right